Arxeoloqlar Polşadakı keçmiş nasist hərbi bazasında əlləri və ayaqları olmayan 5 nəfərin skeletini aşkar ediblər.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qalıqlar fevralın 24-də Gierlozda (Polşanın şimal-şərqində) "Qurd yuvası" kimi tanınan nasist komandanlıq mərkəzində aşkar edilib.
Polşanın Qdansk şəhərində yerləşən tarixi təşkilat olan Latebra Fondu verdiyi açıqlamada, qalıqların üç böyük, bir yeniyetmə və yeni doğulmuş körpəyə aid olduğunu bildirib.
Beş cəsəd, İkinci Dünya Müharibəsində ən nüfuzlu nasist liderlərindən birinə çevrilmiş və Adolf Hitlerin yaxın dostu olan nasist komandiri Hermann Goeringin yaşadığı evin yaxınlığında, eyni istiqamətə baxaraq bir-birinin ardınca yerləşdirilib.
Onların yanında kömürlənmiş taxtalar və kanalizasiya infrastrukturunun qalıqları düzülüb, lakin paltar izi yoxdur.
Fond polisin qalıqlarla bağlı araşdırmasının nəticələrini gözləyir, lakin bir çox suallar cavabsız qalır.
Tural