29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

“Azərbaycanın bütün ərazisində vətəndaşların seçki hüququnun təmin edilməsi tarixi hadisədir”

23 avq 2024 16:00
GÜNDƏM
ads
Advertisement

“Sentyabrın 1-də Milli Məclisə seçkilərin azad olunmuş əraziləri də ilk dəfə əhatə etməsi dünya azərbaycanlıları olaraq bizi qürurlandırır. Bu, bərpa olunan ərazi bütövlüyümüzdə suverenliyimizin təmin edildiyinin növbəti faktıdır. O cümlədən, Azərbaycanın bütün ərazisində vətəndaşların seçki hüququnun təmin edilməsi olaraq tarixi hadisədir”.

QÜTB.AZ xəbər verir ki, bunu “Seçki 2024” Seçki Müstəqil Media Mərkəzinə açıqlamasında Ukraynanın Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov deyib.

Diaspor təşkilatının sədri bildirib ki, Azərbaycanın demokratik seçki ənənəsi sentyabrın 1-də beynəlxalq standartlara uyğun seçkinin keçiriləcəyinə əminlik yaradır: “Ukraynadakı azərbaycanlılar Vətənimizdə baş verən prosesləri yaxından izləyirlər. Hazırda davam edən seçkiqabağı təşviqat kampaniyasının demokratik qaydalara uyğun, qanuni şəkildə aparıldığını, namizədlərə bərabər şəraitin yaradılığını görürük. Ölkədə demokratik seçki mühiti var. Bu mühit ölkə sərhədlərindən kənarda da aydın görünür”.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur