Fransa millisinin kapitanı Kilian Mbappe maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, Mbappe İtaliyada yalnız "Milan"da oynamaq istədiyini etiraf edib. 25 yaşlı Mbappenin sözlərinə görə, o, uşaqlıqdan “rossoneri”yə azarkeşlik edib:
"Mən həmişə deyirdim ki, bir gün İtaliya klubuna getməli olsam, bu, "Milan" olacaq. Mən uşaqlıqdan bu klubun böyük pərəstişkarı olmuşam və onların A Seriyasındakı bütün oyunlarını izləyirəm”.
Qeyd edək ki, iyunun sonunda Mbappenin PSJ ilə müqaviləsi başa çatacaq və azad agent statusu ilə "Real"a keçəcək.
Heybət