Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri də yanğınsöndürmə işlərinə cəlb olunub.
Qeyd edək ki, yanğınsöndürmə işləri, həmçinin FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.
Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər də iştirak edir.
Milli.Az