Yanvarın 3-də İranın Kerman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümünü qeyd etmək üçün yürüş keçirilib.
Publika.az axar.az-a istinadən xəbər verir ki, mərasim zamanı iki partlayış baş verib.
Partlayışlar general Qasım Süleymaninin dördüncü ildönümünü qeyd etmək üçün keçirilən yürüş zamanı - qəbiristanlığa aparan yolda baş verib.
İran mediasının məlumatına görə, azı 15 nəfər yaralanıb.
Partlayışın səbəbləri hələlik məlum deyil.