İran parlamentinin keçmiş sədri, İranın ən tanınmış siyasətçilərindən biri Əli Laricani prezident seçkilərində iştirak edəcək.
Publika.az xəbər verir ki, onun namizədliyi qeydə alınıb. Bu barədə ISNA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Laricani prezidentliyə qeydə alınmış altıncı namizəd olub.
ISNA agentliyinin aydınlaşdırdığı kimi, Laricani hazırda İranın ali dini lideri Əli Xamneyinin müşaviri və siyasi məqsədəuyğunluğu müəyyən edən şuranın tamhüquqlu üzvüdür. O, parlamentin nümayəndəsi və rəhbəri, İranın dövlət televiziya və radio şirkətinin rəhbəri, mədəniyyət və islami irşad naziri olub.
Tural