Türkiyənin məşhur cütlüyü Burak Özçivitlə Fahriye Evcen hazırda yaşadıqları ərazidən iki villa alıblar.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kirayədə qalan cütlük aldıqları villaya hələ köçməyiblər.
İki oğlu olan aktyorlar qazandıqlarını daşınmaz əmlaka sərmayə qoyurlar. Villanın birini onlar 5 ay əvvəl Acarkentdə 2 milyon 350 min dollara alıblar. Ailənin bu 500 kvadrat metrlik evə köçəcəyi gözlənildiyi halda, cütlük daha bir ev almağa qərar verib. 4 mərtəbəli 900 kvadrat metrlik yeni villa Acarkentin ən lüks tikililərindən biri sayılır. Cütlük bu ev üçün 4 milyon 250 min dollar ödəyib.
Yaxınlarının verdiyi məlumata görə, Fahriye ilə Burak bu villanı daha çox bəyənib və ora köçmək üçün çox həyəcanlanırlar.