18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Ağır qəzaya düşən Ailanın vəziyyəti necədir?

01 fev 2025 22:00
GÜNDƏM
ads

“Artıq hamıya məlumdur ki, Aila Rai ötən gün dəhşətli qəza keçirib. Nəticədə onun qabırğaları qırılıb və bədənin müxtəlif üzvləri xəsarət alıb. Bununla əlaqədar o təcili əməliyyat olunub. Bu gün Aila narkozdan ayılıb. Artıq həyati təhlükəsi yoxdur”.

QÜTB.AZ xəbər verir ki, bu sözləri gənc müğənni Aila Rainin prodüseri Aytən xanım OLAY-ın əməkdaşı ilə söhbətində deyib.

İfaçının prodüseri ötən gün Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişində söylədiyi “Ailanın qəza nəticəsində beli qırılıb” açıqlamasının yalan olduğunu bildirib:

“Elgiz Əkbərin canlı efirdə Ailanın belinin qırılması ilə bağlı verdiyi məlumatın heç bir əsası yoxdur. Çünki, o da məlumatı başqa saytdan götürüb oxuyub. Xeyr, beli qırılmayıb, sadəcə ağır zədələr alıb. Amma Aila əməliyyat olunaraq o zədələr aradan qaldırılıb. Həkimlər isə onun hazırki vəziyyətinin orta ağır kimi qiymətləndirirlər”.

Qeyd edək ki, Aila Rai Şahdağdan qayıdarkən ağır qəza keçirib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur