28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Beyin hüceyrələrini yeniləyən qidalar

23 fev 2024 21:00
GÜNDƏM
ads
Advertisement

Nevroloqlar bəzi qidaların daha tez-tez istehlak edilməli olduğunu bildirirlər.

Publika.az xəbər verir ki, antioksidantlarla zəngin qidalar beyin hüceyrələrini daha sürətli təmir edir və yeniləyir.
Bəs, hansı qidalar antioksidantlarla zəngindir?

Beyin hüceyrələrini yeniləyən qidalar daha çox tərkibində Omeqa-3 olanlardır. Yediyiniz andan etibarən idrak funksiyalarına müsbət təsir edən qidalar bunlardır:

Çərəzlər:

Omeqa-3 yağ turşuları ilə zəngin olan çərəzlərin bol istehlakı beynə müsbət təsir edir. Xüsusilə qoz, badam, fındıq kimi qidalar tərkibindəki antioksidantlar və E vitamini sayəsində beyin hüceyrələrinin yenilənməsini təmin edir.

Ədviyyatlar:

Sarıkök, kəklikotu və rozmarin kimi ədviyyatlarda olan antioksidantlar beyin sağlamlığını qoruyur.

Meyvələr

Antioksidantlarla zəngin olan meyvələr yaddaş funksiyalarının inkişafına kömək edir. Antioksidantlar beyində sərbəst radikallara qarşı qoruyucu təsir göstərir. Qaragilə, çiyələk, böyürtkən, sitrus meyvələri antioksidant baxımından ən zəngin qidalar sırasındadır.

Yaşıl yarpaqlı tərəvəzlər

İspanaq, kələm kimi tərəvəzlərdə fol turşusu və B vitamini var. Bu qidalar yaddaşı gücləndirir və beyin funksiyalarını dəstəkləyir.

Xurma püresi:

Beynin qidası olaraq bilinən xurma vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Tərkibində A vitamini, C vitamini, kalium, dəmir və maqnezium var. Bu qida dəyəri sayəsində xurma püresi immunitet sistemini gücləndirir, hüceyrə sağlamlığını dəstəkləyir, bədəndəki sərbəst radikallarla mübarizə aparır, həmçinin beyin hüceyrələrinin bərpasını asanlaşdırır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur