Əgər Rusiya tərəfi müvafiq addımı atsa, Ukrayna cəbhə xətti boyunca 30 gün ərzində atəşi dayandıracaq.
Qutb.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
Zelenski bildirib ki, 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev tərəfdaşları ilə birlikdə uzunmüddətli sülh və təhlükəsizliyə zəmanət verəcək işçi sənədlər hazırlaya biləcək.
"Belə bir addım atmağa hazırıq və ABŞ Rusiyanı buna inandırmalıdır", - Ukrayna lideri söyləyib.
Xatırladaq ki, martın 11-də Ciddədə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub. 5 saatdan artıq davam edən danışıqlar zamanı Ukrayna 30 günlük atəşkəsə razılıq verib.