İtaliyada məhkəmə baş nazir Corca Meloninin boyuna lağ edən jurnalist Giulia Kortezə 5 min avro təzminat ödəməsinə qərar verib.
Publika.az xəbər verir ki, məhkəmə həmçinin Kortezə 1200 avro məbləğində müvəqqəti cəza təyin edib. Meloninin vəkili bildirib ki, o, bütün təzminatı xeyriyyə təşkilatlarına bağışlayacaq.
Qeyd edək ki, Kortez 2021-ci ilin oktyabrında “Twitter”-də (indiki "X") Meloninin boyu ilə bağlı yazı yazıb. O, yazıda "Sən məni qorxuda bilməzsən, Corca Meloni. Axı sən cəmi 1,2 metr boyundasan. Səni heç görmürəm" deyib. Meloni bu səbəbdən Kortezə qarşı qanuni tədbir görüb.
Meloninin boyunun 1,58-1,63 metr arasında olduğu bildirilir.
Roza