ABŞ-dan uçan Özbəkistana məxsus sərnişin təyyarəsi göyərtəsində sərxoş vəziyyətdə dava edən şəxsə görə, Rusiyada məcburi eniş edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Təyyarənin Nyu-Yorkdan Daşkəndə uçduğu bildirilir. 26 yaşlı Suxrob U. uçuş zamanı çox sərxoş olub və qışqırmağa başlayıb. Bu isə digər sərnişinlərin xoşuna gəlməyib. Hay-küy salmasına baxmayaraq, onun əl-qolunu bağlayıblar. Sonra təyyarə Kazana enməyə məcbur olub.
Narahatlıq yaradan şəxs uçuşdan çıxarılıb və təyyarə Özbəkistanın paytaxtına uçub.
Adəm Abbaslı