Sol müxalifət lideri Jan-Lyuk Melanşon Fransa Prezidenti Emmanuel Makronun istefaya getməsinin vacibliyini açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Melenşon "X" sosial şəbəkəsində yazıb.
"Hakimiyyət institutlarının bloklandığı şəraitdə yalnız bir çıxış yolu var - respublika prezidentinin istefası", - müxalifət lideri deyib.
Makronun istefası tələbi Fransa hökumətinin təklif etdiyi 2025-ci il dövlət büdcəsi layihəsi ilə razılaşmadığı bir vaxtda yaranıb. Makronun istefası tələbləri ilə eyni vaxtda Baş nazir Mişel Barnierin istefaya göndərilməsi təklifi var
Melanşon bildirib ki, onun Yeni Xalq Cəbhəsinin yeni hökumət başçısı roluna öz namizədi var.
Bundan əvvəl “Le Parisien” qəzeti yazıb ki, Emmanuel Makron və onun administrasiyası baş nazir Mişel Barnierin rəhbərlik etdiyi hazırkı hökumətin tezliklə istefa verəcəyini gözləyir.
Hüseyn İbadlı