ABŞ pandemiyalarla mübarizə fonduna təqribən 667 milyon dollar vəsait ayırmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.
Məlumata görə, bu məbləğ fondun 2026-cı ilə qədər pandemiyaya qarşı mübarizə səylərini dəstəkləmək üçün bəyan olunmuş 2 milyard ABŞ dolları məbləğində vəsaitin üçdə bir hissəsini təşkil edəcək.