“Google” süni intellektlə artan enerji tələbi səbəbi ilə keçən il istixana qazı emissiyalarının 2019-cu ilə nisbətən 48 faiz artdığını bildirib.
Publika.az xəbər verir ki, hesabatda ümumi istixana qazı emissiyalarının 2023-cü ildə hər il 13 faiz artacağı qeyd edilib.
Süni intellekt məhsullara daha da inteqrasiya etdikcə emissiyaların azaldılması çətin ola bilər.
“Google”un məlumat mərkəzlərində elektrik istehlakının keçən il 17 faiz artdığı və süni intellektin gələcək ətraf mühitə təsirinin proqnozlaşdırılmasının mürəkkəb olduğu qeyd edilib.
Aysel Şahmar