Avropada 2024/2025 mövsümü üçün yay transfer pəncərəsinin son günü geridə qalıb.
QÜTB.AZ xəbər verir ki, Avropanın ən yaxşı 5 liqasından olan klublar indi yalnız satış edə biləcəklər.
Almaniyada proses avqustun 30-u saat 22:00-a qədər tamamlanıb. Fransada pəncərə Bakı vaxtı ilə gecə yarısı, İngiltərə, İtaliya və İspaniyada isə saat 02:00-də bağlanıb.
Bu yay transferlərə ən çox pul xərcləyən klub İngiltərə təmsilçisi “Çelsi” olub - 261 milyon avro.
Xatırladaq ki, Avropada qış transfer pəncərəsi 2025-ci il yanvarın 1 və ya 2-də açılacaq və fevralın 3 və 4-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan klubların heyətlərini gücləndirmək üçün vaxtları var. Proses yalnız sentyabrın 16-da başa çatacaq. Qışda isə bu müddət 14 yanvar - 10 fevral aralığını əhatə edəcək.
Qutb