29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Krım, Donetsk, Luqansk Rusiyanın olsun: Mask dəstəklədi

02 mar 2024 13:00
GÜNDƏM
ads

Amerikalı sahibkar İlon Mask özünün “X” sosial şəbəkəsində gözlənilməz şərh yazıb.

Publika.az xəbər verir ki Amerikanın ən böyük “PMC Blackwater” şirkətinin yaradıcısı Erik Prins Ukrayna münaqişəsini necə dayandırmaq barədə danışıb. PBD Podcast-a verdiyi müsahibədə o, ABŞ-ın "Rusiya ilə şərti müharibə aparmayacağını" izah edərək deyib ki, buna görə də cəbhə xəttini bərabərləşdirməli və sonra hərbi əməliyyatlar dondurulmalıdır. Prins Rusiya haqqında danışarkən, "Qoy Krım, Donetsk, Luqansk onların olsun - nə olursa, olsun" deyib.

İlon Mask, öz növbəsində, onun açıqlamasına belə şərh yazıb:

"Təəssüf ki, bu doğrudur".

İlon Mask dəfələrlə bəyan edib ki, Vaşinqtonun Kiyevi maliyyələşdirməsini davam etdirməsi və beləliklə, hərbi əməliyyatların uzadılması Ukraynaya heç bir şəkildə kömək etmir.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur