Rusiya Kommunistləri Partiyası Mərkəzi Komitəsinin rəhbəri Sergey Malinkoviç LDPR lideri Leonid Slutskinin deputat mandatından məhrum edilməsi tələbi ilə Rusiya Federasiyası Dövlət Dumasına müraciət edəcəyini bildirib.
Publika.az xəbər verir ki, buna səbəb onun sovet hökumətinin ilk başçısı Vladimir Lenini yenidən dəfn etmək təşəbbüsü ilə çıxışı olub. Slutski Lenini anasının yanında dəfn etməyi təklif edib. Deputat deyib ki, sovet proletariatının lideri özü də bunu istəyirdi.
Malinkoviç hesab edir ki, bu cür təkliflər “Ukraynada xüsusi əməliyyat zamanı cəmiyyətin konsolidasiya kursuna” ziddir. O, Slutskini “deputat statusunu həmişəlik itirməli olan məsuliyyətsiz siyasətçi” adlandırıb.
Cəmilə