ABŞ-ın keçmiş prezidenti Donald Tramp mart ayında vəkillik xərclərinə 4,8 milyon dollar xərcləyib və onun 6,8 milyon dolları qalıb və vəkillərin xərclərini ödəmək üçün vəsait çatışmazlığı ilə üzləşə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Tramp hüquqi xərclər üçün “Amerikanı xilas et” siyasi komitəsinin vəsaitindən istifadə edib. İlin əvvəlindən komitə vəkillik xərclərinə təxminən 60 milyon dollar xərcləyib, aprelin əvvəlinə isə Respublika Milli Komitəsi əlavə vəsait ayırmaqdan imtina edib.
“The New York Times”ın aprelin 21-də yazdığına görə, Tramp ABŞ-ın Ukraynaya yardımına münasibətini dəyişib.
Tramp həmçinin Aİ ölkələrindən Ukraynaya ABŞ-la müqayisədə kifayət qədər yardım etmədiklərinə görə narazılığını bildirib.
Hüseyn İbadlı