Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta qəbul qaydalarında yenilik edilib.
Nazirlikdən Qütb.az-a verilən məlumata görə, Hərbi İnstituta yeni ixtisaslar əlavə olunub.
Bildirilib ki, institutda I ixtisas qrupu üzrə Menecment, III ixtisas qrupu üzrə isə Beynəlxalq münasibətlər və Tarix ixtisasları da tədris olunacaq.