Avropa Futbol Assosiasiyaları İttifaqı ( UEFA ) Niderland və İngiltərə yığmaları arasında keçiriləcək Avropa çempionatının yarımfinal matçının baş hakiminin dəyişdirilməsi imkanını nəzərdən keçirir. Oyunu alman referi Feliks Tsvayer idarə edəcək.
Publika.az xəbər verir ki, bu barədə “The Times” yazıb.
Mənbənin qeyd etdiyi kimi, Tsveyer 2014-cü ildə 300 avro məbləğində rüşvət alaraq 2005-ci ildə Almaniya Bundesliqasında danışılmış oyunlar təşkil etməkdə ittiham olunaraq 6 ay müddətinə diskvalifikasiya edildiyi üçün böyük beynəlxalq yarışlarda iştiraka buraxılmaya bilərdi.
Daha sonra Almaniya Futbol Federasiyası Feliks Tsveyerin həmkarı Robert Heuserdən rüşvət aldığını etiraf etdi, lakin onun həmkarının planlarını həyata keçirməyə yönəlmiş qəsdən hərəkətləri aşkar edilmədi. Eyni zamanda, 2021-ci ilin dekabrında İngiltərə yığmasının futbolçusu Cud Bellinqem Feliks Tsveyerin keçmişi ilə bağlı bir sıra sərt açıqlamalardan sonra Almaniya Futbol Assosiasiyası tərəfindən cərimələndi. Hakim Almaniya Bundesliqasının 2021/2022-ci il mövsümünün “Borussiya” – “Bavariya” (2:3) matçını idarə edib. Həmin vaxt Bellinqem Dortmund klubunda çıxış edib.
Avro-2024-ün yarımfinalında Niderlnd-İngiltərə yığmaları arasında keçiriləcək oyun çərşənbə günü, iyulun 10-da Dortmunddakı (Almaniya) “Signal Iduna Park” stadionunda keçiriləcək. Boyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.