06.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Fransızların 60 faizdən çoxu Makronun istefasını istəyir

04 yan 2025 06:00
GÜNDƏM
ads
Advertisement

Sorğuda iştirak edən fransızların 60 faizdən çoxu prezident Emmanuel Makronun istefasını dəstəkləyir.

QÜTB.AZ xəbər verir ki, bu barədə “Le Figaro” qəzetinin sifarişi ilə Odoxa-Backbone sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Respondentlərin 61 faizi hazırkı dövlət başçısının istefasını istəyir. Nəşrin qeyd etdiyi kimi, bu rəqəm 2024-cü ilin sentyabrından bəri 7 faiz artıb. Bundan əlavə, respondentlərin 62 faizi Makronun prezidentliyini avtoritar kimi xarakterizə edir. Sorğu iştirakçılarının əksəriyyəti, həmçinin Fransua Bayrunun ilin sonuna qədər baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Respondentlərin 86 faizi əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni baş nazir təyin etməli olacaq.

Qeyd edək ki, sorğu yanvarın 2-3-də keçirilib və 1005 nəfər iştirak edib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur