Fransa prezidenti Emmanuel Makron ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdinə reaksiya verib.
Publika.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
Trampın tezliklə sağalmasını arzulayan Makron baş verənlərlə bağlı “Fransa Amerika xalqının qəzəbinə şərikdir”, - deyə vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinqi zamanı atəş açılıb.