ABŞ prezidenti Donald Tramp bazar ertəsi vəfat edən Papa Fransiskin dəfn mərasimi üçün bu həftə Vatikana səfər edə bilər.
Qutb.az-ın məlumatına görə, bu barədə "The New York Post" qəzeti mənbələrə istinadən xəbər verib.
"Prezident Trampın bu həftənin sonunda Vatikanda Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyi gözlənilir", - deyə qəzet prezidentin planları ilə tanış olan mənbələrə istinadən yazıb.
Bildirilib ki, Papanın dəfn mərasimi onun ölümündən sonra dördüncü və altıncı günlər arasında keçirilməlidir. Hələlik mərasimin dəqiq tarixi müəyyən edilməyib.