23 yaşlı gözəllik kraliçası Lendi Parraqu Ekvadorda, cinayət hadisələrinin tez-tez baş verdiyi Los Rios əyalətində getdiyi məkanda silahlı hücuma məruz qalıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bədəninə çoxlu güllə dəyən model hadisə yerində dünyasını dəyişib. Qan donduran qətldən sonra Ekvador prokurorluğunun rəsmiləri dəlil toplamaq və sui-qəsdi kimin həyata keçirdiyini müəyyən etmək üçün araşdırmalara başlayıb.
Məlum olub ki, çoxsaylı həbslərə səbəb olan və istintaqı davam edən mütəşəkkil cinayət qrupu "Metastaz"ın işində gözəllik kraliçasının adı da hallanıb. Digər tərəfdən ölən narkotik alverçisi Leandro Norero və gözəllik kraliçasının çirkli pulların yuyulması ittihamı ilə əlaqəli olduğu iddia olunur.
Qeyd edək ki, model 2022-ci ildə Ekvadorda keçirilən gözəllik müsabiqəsində birinci olub.