29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanda FETÖ-yə görə tutulanlar hakim qarşısına çıxarılır

29 yan 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.

Onlara qarşı Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167.1-ci (dinə etiqad etməyə məcbur etmə), D.Cəfərova isə əlavə olaraq 228-ci (qanunsuz soyuq silah gəzdirmə) maddəsi ilə yekun ittiham verilib.

İş üzrə toplanmış materiallar baxılması üçün aidiyyəti rayon məhkəmələrinə göndərilib. Cinayət işləri ayrı-ayrılıqda araşdırılacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri ilə həbs ediliblər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur