Bəhreyn Kralı Şeyx Həməd bin İsa Al Xəlifə taxta çıxmasının 25-ci ildönümündə yüzlərlə məhbusu əfv edib.
Publika.az xəbər verir ki, bu barədə Bəhreynin Rəsmi Xəbər Agentliyi (BNA) məlumat yayıb.
Məlumata görə, Bəhreyn Kralı cinayət və iğtişaş ittihamı ilə üzləşən 1584 nəfəri əfv edib.
Qeyd olunub ki, bu, Bəhreyndə son illərin ən böyük əfvidir.