25.09.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Ukrayna üzrə İstanbul prosesini irəli aparacağıq - Ərdoğan

25 sen 2025 02:00
DÜNYA
ads
Advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Fransa lideri Emmanuel Makronla görüş keçirib.

Qutb.az xəbər verir ki, görüş zamanı əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olub.

Ərdoğanın Administrasiyasının yaydığı məlumata görə, prezident tərəflərin ədalətli və dayanıqlı sülhə nail olması üçün Türkiyənin bütün səylərini davam etdirdiyini vurğulayıb:

“Prezidentimiz Rusiyayla Ukrayna arasında ədalətli və qalıcı sülhün təmin edilməsi üçün bütün imkanları səfərbər etdiyini, nəticəyönümlü İstanbul danışıqlarını irəli aparmaq istədiyini bildirib”.

Görüş zamanı Ərdoğan, həmçinin Makronu Fələstin dövlətçiliyini tanıdığına görə təbrik edib. Onun sözlərinə görə, bu addım İsrailin Baş naziri Binyamin Netanyahunun üzərinə beynəlxalq təzyiqi gücləndirəcək.

Liderlər ikitərəfli münasibətləri də müzakirə ediblər. Ərdoğan Fransa ilə ticarət, energetika və müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafında dialoqun xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur