İsrail İran və şiə "Hizbullah" hərəkatının bir neçə günlük hücumuna hazırlaşır.
QÜTB.AZ xəbər verir ki, bu barədə NBC İsrail rəsmisinə istinadla məlumat yayıb.
Zərbələr İsraili yormaq məqsədi daşıyacağı və bir sıra raket və pilotsuz təyyarələrin hücumları şəklində olacağı gözlənilir.
Bundan əvvəl məlum olub ki, ABŞ-ın müttəfiqləri ona İsraili müdafiə etməyə kömək edəcək.
ABŞ və İsrail rəsmiləri İranın avqustun 5-də yəhudi dövlətini vuracağını bildiriblər. Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyənin İranda məhv edilməsi göstərilir. Bunun fonunda İsrailin müdafiə naziri Qalant İranın hücumu halında komandanlığın üzvləri ilə görüş keçirib .
Hüseyn İbadlı