04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

İsrail səfirliyində terror aktını o törədib

29 iyn 2024 17:00
GÜNDƏM
ads

İsrailin Belqraddakı səfirliyində xidmətdə olan serb jandarmını arbaletlə güllələyən terrorçunun kimliyi məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyinin rəhbəri İvitsa Daçiç məlumat verib.

O bildirib ki, həmin şəxs radikal islamçı hərəkata mənsub olub.

“Terror aktını Mladenovac şəhərindən olan 1999-cu il təvəllüdlü Miloş Jujoviç törədib. O, adını Salahudin qoyub”, - nazir bildirib.

O qeyd edib ki, ilkin məlumata görə, hücum edən şəxs böyük ehtimalla vəhhabi hərəkatında iştirak edən Serbiya vətəndaşıdır.

DİN rəhbəri artıq İsrailin Serbiyadakı səfiri Yahel Vilan ilə telefon danışığı aparıb.

Terror aktı ilə əlaqədar təkcə paytaxtda deyil, ölkənin digər şəhərlərində də təhlükəsizlik tədbirləri gücləndirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyi Belqraddakı səfirliyin yaxınlığında atışma ilə bağlı açıqlama verib .

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur