Belarus lideri Aleksandr Lukaşenko istefada olan prezident üçün dövlət başçısı və onun ailəsinə toxunulmazlıq, habelə dövlət əmlakının təminatla ayrılması kimi öhdəlikləri özündə əks etdirən düzəlişlər haqqında qanunu imzalayıb.
Publika.az xəbər verir ki, dəyişiklik haqqında qanun prezidentin saytında dərc olunub.
“Bundan əlavə, səlahiyyətlərini icra etməyi dayandıran Belarus prezidentinin statusu müəyyənləşdirilir”, - mətbuat xidmətinin bəyanatında deyilir.
Sənəddə həmçinin müəyyən edilib ki, anadangəlmə, qırx yaşına çatmış və prezident seçkilərinə qədər ən azı iyirmi il Belarus ərazisində yaşayan vətəndaş dövlət başçısı seçilə bilər.
Bundan əvvəl Lukaşenko Daxili İşlər Nazirliyinin bütün bölmələrinə gücləndirilmiş rejimdə xidmətini davam etdirməyi əmr etmişdi.