"Barselona" ötən gecə İspaniya kubokunun 1/4 final mərhələsində "Atletik"ə məğlub olaraq (2:4) titul uğrunda mübarizəni dayandırıb.
Publika.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Xavi oyundan sonra mümkün istefası ilə bağlı sualı cavablandırıb. O, bu ehtimalın real olduğunu bildirib:
“Əgər mövsümün sonunda yaxşı nəticə əldə etməsək, mən getməli olacam. Harada olduğumu bilirəm, "Barsa" top klubdur. Burada titullar qazanmalısan, əks halda təhlükə altında olacaqsan. Əminəm ki, layihə böyük potensiala malikdir və ən yaxşı gənc oyunçuları özündə cəmləşdirir.”
Heybət