“Formula-1” üzrə dünya çempionatında yeni mövsümə start verilib.
Publika.az xəbər verir ki, ilk Qran-pri Bəhreyndə keçirilib.
Sıralama turunun qalibi son dünya çempionu Maks Ferstappen olub. “Red Bull”un pilotu martın 2-də baş tutacaq Qran-priyə birinci yerdə başlayacaq.
“Ferrari” pilotu Şarl Lekker ikinci, “Mercedes”in sürücüsü Corc Rassell isə üçüncü yerdə qərarlaşıb.