18.03.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

“Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb - FOTOLAR

18 mar 2025 02:00
GÜNDƏM
ads
Advertisement

Ölkənin ən sərfəli mobil xidmətlərini təqdim edən “Nar” inklüziv cəmiyyətin inkişafına dəstək məqsədilə “Bütün Vücudlar Danışır” sosial-mədəni layihəsinin iştirakçıları ilə görüş keçirib. Mobil operatorun əməkdaşları layihənin iştirakçıları ilə görüş keçirib və onların rəqslərinə qoşularaq unikal inklüziv təcrübəni birlikdə paylaşıblar.

 

Görüş zamanı “Nar”ın baş icraçı direktoru Qunnar Panke inklüzivliyin cəmiyyətin inkişafındakı rolunu vurğulayıb:

 

“Hər kəsin cəmiyyətin fəal üzvü olması üçün bərabər imkanlara sahib olması vacibdir. “Bütün Vücudlar Danışır” layihəsi fiziki imkanlarından asılı olmayaraq, hər kəsin özünü ifadə etməsinə və birlikdə dəyər yaratmasına imkan verir. “Nar” olaraq, inklüziv cəmiyyətin qurulmasına töhfə vermək bizim üçün sosial məsuliyyətin vacib hissəsidir. Biz dəstəklədiyimiz təşəbbüslərin real dəyişiklik yaratmasına önəm veririk və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

 

“Nar” sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi inklüzivliyi və bu yöndə cəmiyyətdə bərabər imkanların yaradılmasını dəstəkləyir. Mobil operator “Bütün Vücudlar Danışır” layihəsinə verdiyi töhfə ilə fiziki məhdudiyyətlərə dair stereotiplərin aradan qaldırılmasına və inklüziv cəmiyyətin qurulmasına dəstək olmağa davam edir.

 

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 18.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:17
05:15
Sübh
05:27
05:25
Gün çıxır
06:47
06:46
Zöhr
12:49
12:48
Əsr
16:11
16:12
Gün batır
18:50
18:52
Məğrib
19:07
19:08
İşa
20:00
20:01
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur