Prezident Co Bayden ikinci müddətə seçiləcəyi təqdirdə ABŞ hərbçilərini Ukraynaya göndərəcək.
Publika.az xəbər verir ki, bu proqnozla amerikalı milyarder Devid Saks "X" sosial şəbəkəsində çıxış edib.
"Bayden əvvəlcə Ukraynaya "F-16", "Abrams" tankları və uzaq mənzilli raketlərin göndərilməsinə (qırıcı təyyarələrin – red.) qarşı çıxdı", - deyə o yazıb.
Saks qeyd edib ki, Ağ Ev rəhbəri onun imtinasını üçüncü dünya müharibəsinin başlanması təhlükəsi ilə əsaslandırıb. Lakin sonda Bayden artıq bütün silah və texnikanı Kiyevə təhvil verib.
"Birləşmiş Ştatlar “tək tabu”nu pozmadı - Ukraynaya quru qoşunlarını göndərmədi. Lakin Fransa prezidenti Emmanuel Makron artıq bu mövzunu qaldırıb. Bundan əlavə, NATO-nun xüsusi təyinatlı qüvvələrinin Ukraynada artıq fəaliyyət göstərdiyi barədə “gündəlik” məlumatlar daxil olur"
Bayden seçkilərdən əvvəl münaqişə zonasına əsgər göndərə bilməz, çünki bu, çox populyar olmayacaq.
Amma mənim heç bir şübhəm yoxdur: əgər o, yenidən seçilərsə, Ukraynaya qoşun göndərəcək", - Amerikalı milyarder izah edib.
Hüseyn İbadlı