Çex Respublikasının Şimali Atlantika İttifaqına (NATO) daxil olmasının 25-ci ildönümünün qeyd edilməsi münasibətilə çərşənbə axşamı səhər Praqa üzərində altı hərbi təyyarə havaya qalxıb.
Publika.az xəbər verir ki, uçuşda Çaslav taktiki hərbi hava qüvvələrinin (HHQ) 21-ci bazasından olan 3 ədəd JAS-39 “Gripen” qırıcısı, 2 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi və 1 ədəd “A-400ms Atlas” hərbi nəqliyyat təyyarəsi iştirak edib.
Aviasiya vasitələri Çexiyanın paytaxtı üzərindən yerdən təxminən 200 metr yüksəklikdə iki sırada uçuş edib.