İstanbulda 1334-cü ildə Sultan Canibəyə həsr olunmuş 96 səhifəlik əlyazma tapılıb.
QÜTB.AZ xəbər verir ki, əlyazmada Canibəy sultanın əcdadları - Çingiz xandan atası Özbək xana qədərki şəxslər haqqında qızılla həkk olunmuş hikmətli kəlmələr təqdim edilib.
Əlyazmanın daxili üz qabığında Osmanlı sultanı II Bəyazidin (1447-1512) möhürü var.
Tarixi sənədi elmi-tədqiqat işi zamanı Mərkəzi Dövlət Arxivinin əməkdaşı, qazaxıstanlı alim Ömirbek Kanay aşkar edib. Qiymətli əlyazmanın surəti Qazaxıstana aparılıb.