Rusiya qoşunları gecə-gündüz Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələrini (AFU) yarıb keçmək cəhdlərini dayandırmır.
QÜTB.AZ xəbər verir ki, bunu TASS- a müsahibəsində “Axmat” xüsusi təyinatlılarının komandiri, general-mayor Apti Alaudinov deyib.
Eyni zamanda, onun sözlərinə görə, vəziyyət “kifayət qədər işlək və nəzarət altındadır”. “Bütün bu cəhdlər düşmənin məhv edilməsi və onun texnikasının yandırılması ilə başa çatır. Biz düşmənin ehtiyatlarını məhv edirik”, - deyə “Axmat” komandiri bildirib.
Alaudinov bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin müxtəlif üsullarla Kursk vilayətinə soxulmağa çalışdığını, lakin onların cəhdlərinin uğur gətirmədiyini bildirib.
Tural