ABŞ ordusu 24 saat ərzində Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançılarına məxsus raket buraxılış qurğusunu məhv edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirib ki, raket buraxılış qurğusu Yəmənin husilərin nəzarətində olan ərazidə məhv edilib.
Bundan əvvəl Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Husilərin Qırmızı dənizdə, Hudeyda limanından 58 km aralıda ticarət gəmisinə hücum etdiyini bildirmişdi.
Avqustun 26-da insident Yəmənin Moha şəhərindən 61 dəniz mili cənub-şərqdə baş verib.
Hüseyn İbadlı