Ukraynanın aqrar siyasət naziri Nikolay Solski Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən korrupsiyada ittiham olunduqdan sonra istefa verib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Ukrayna Ali Radası Nikolay Solskidən Ukraynanın Aqrar Siyasət və Ərzaq Naziri vəzifəsindən istefa verməsi barədə bəyanat alıb”, - Ali Radanın spikeri Ruslan Stefançuk bildirib.
Onun sözlərinə görə, istefaya parlamentin növbəti iclaslarının birində baxılacaq.
Hüseyn İbadlı