02.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Emin Rusiyada təxirə düşən konsertlərini bərpa etdi

02 sen 2025 13:00
DÜNYA
ads
Advertisement

Xalq artisti Emin Ağalarov Rusiyada təxirə düşən konsertlərini bərpa edib.

Qutb.az xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb. O, konsertlərinin siyahısını açıqlayıb.

Emin bildirib ki, ilk konserti noyabrın 23-də Rusiyanın Naberejnıe Çelnı şəhərində keçiriləcək. Rusiyadakı növbəti konsertlər noyabrın 24-də İjevsk, noyabrın 25-də Kirov, noyabrın 26-da Nijni Novqorod, dekabrın 2-də isə Moskvada planlaşdırılıb.

O həmçinin qeyd edib ki, dekabrın 6-da Bakıda ənənəvi konserti olacaq.

Qeyd edək ki, Emin son zamanlar Rusiya və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda iyunun əvvəli Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutacaq konsertini təxirə salmışdı. Eminin instaqram səhifəsində paylaşılan posterdə bu il iyulun 6-da keçirilməsi nəzərdə tutulan konsertin 5 iyul 2026-cı ilə təxirə salındığı qeyd olunmuşdu.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur