Kiyevin xahişi ilə yanvarın 10-da Ukrayna - NATO Şurasının iclası keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə TASS Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Dilan Uayta istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Şuranı Rusiyanın raket zərbələri və PUA hücumlarının intensivləşməsi fonunda çağırır.
Görüş, Uaytin aydınlaşdırdığı kimi, Brüsseldə səfirlər səviyyəsində keçiriləcək.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba yanvarın 3-də Ukrayna-NATO Şurasının fövqəladə iclasını çağırmağı planlaşdırdığını açıqlamışdı.
O aydınlaşdırıb ki, görüşün əsas mövzularından biri hava hücumundan müdafiənin gücləndirilməsi olacaq - Ukrayna müttəfiqlərindən ona daha çox sayda hava hücumundan müdafiə sistemləri, eləcə də raketlər, radarlar və onlar üçün idarəetmə sistemləri verməyi xahiş edəcək.
İlkin olaraq alyans Kiyevin müvafiq müraciətini dəstəkləyib.
Adəm