“Portu” daha əvvəl “Milan”ı çalışdıran Paulo Fonseko ilə maraqlanır.
QÜTB.AZ xəbər verir ki, bu barədə insayder Nikolo Sira “X” sosial şəbəkəsində məlumat verib.
Mənbənin sözlərinə görə, “Portu” “rossoneri”nin keçmiş baş məşqçisi ilə əlaqə saxlayıb, lakin Fonseka onun hazırda başqa planlarının olduğunu əsas gətirərək mənfi cavab verib.
Xatırladaq ki, yanvarın 20-də “Portu” Vitor Brunonun istefa verdiyini açıqlamışdı.
Fonseka 2024-cü ilin iyunundan dekabr ayına kimi “Milan”a rəhbərlik edib. Bundan əvvəl Paulo “Aves”, “Porto”, “Braqa”, “Pacos de Ferreyra”, “Şaxtyor”, “Lill” və “Roma”da da baş məşqçi işləyib.