29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ailəsindən küsüb Bakıdakı qohumunun evinə gəldi, faciəvi şəkildə öldü

23 yan 2024 14:00
HADİSƏ
ads
Advertisement

Keçən ilin fevral ayında Bakı şəhər Suraxanı rayonu Zığ qəsəbəsində baş vermiş partlayış hadisəsi ilə bağlı hökm oxunub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Suraxanı rayon Məhkəməsində keçirilən prosesdə 1996-cı il təvəllüdlü Fərid Məmmədov Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma - ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, Fərid Zığda yaşadığı evin həyətində yerləşən və mətbəx kimi istifadə edilən ikiotaqlı tikilidə yerləşən və “ceyran peçi” adlanan sobanı söküb. O, həmin sobanın yerinə odun sobası quraşdırıb. Lakin həmin vaxt qazla işləyən əvvəlki sobaya gələn qaz xəttinin uc hissəsinə tıxac bərkitməyərək açıq saxlayıb. Nəticədə mətbəxə qaz dolub. Hadisə baş verən zaman Fəridin anası Gülər və anasının xalası, 1967-cı il təvəllüdlü Gülnar mətbəxə daxil olaraq sobanı yandırmaq istəyiblər. Bu zaman yanğına keçən partlayış baş verib və hər iki qadın yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar və F.Məmmədovun anasının xalası martın 1-də Respublika Yanıq Mərkəzində vəfat edib.

Mərhumun yaxınları bildirib ki, Gülnar ailəsindəki soyuqluğa görə Bakıda yaşayan bacısı qızının evinə gəlib və bir müddət imiş ki, paytaxtda yaşayırmış.

Fərid Məmmədov məhkəmədə yol verdiyi səhlənkarlığı qəbul etdiyini və heç bir qəsdinin olmadığını deyib.

Suraxanı rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.

Turqut Seyidov


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur