Rusiya prezidenti Vladimir Putinin Kalininqrada səfəri ölkənin regionlarına səfəri çərçivəsində baş tutacaq və NATO blokuna “mesaj” deyil.
Publika.az xəbər verir ki, bunu Kreml rəsmisi Dmitri Peskov Putinin səfərini şərh edərkən deyib.
Mətbuat katibi onu da bildirdi ki, dövlət başçısının təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan hər şey edilir.
Kalininqrad Rusiyanın şəhəri və eyniadlı bölgənin paytaxtıdır. Polşa və Litva arasında, Baltik dənizi sahilində yerləşir.
Tural