İngiltərə millisinin hücumçusu Harri Keyn millidəki gələcəyi ilə bağlı qərar verib.
Publika.az xəbər verir ki, forvard yığmadan ayrılmaq fikrində deyil. Bu barədə "The Telegraph" məlumat yayıb.
Bildirilir ki, Keyn 2026-cı il dünya çempionatında iştirak etmək istəyir.
Qeyd edək ki, iyulun 14-də Avro-2024-ün finalında İngiltərə İspaniyaya uduzub - 1:2.
Heybət