ABŞ-nin vitse-prezidenti Kamala Harris son 24 saat ərzində 81 milyon dollar ianə toplayaraq rekorda imza atıb.
Publika.az xəbər verir ki, bu barədə Harrisin seçki qərargahı məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin hazırkı Prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini elan etdikdən və Kamala Harrisi dəstəklədiyini açıqladıqdan sonra ianələrdə artım qeydə alınıb.
Bununla da Demokratlara və Harrisə böyük dəstək nümayiş olunub.
ABŞ-da prezident seçkiləri zamanı toplanan ianələrin miqdarı və donorların sayı seçkinin nəticələri haqqında təsəvvür yaratdığı üçün diqqətlə izlənilir.
Qeyd edək ki, Kamala Harrisin Respublikaçı rəqibi Donald Tramp 24 saat ərzində 50 milyon dollardan çox ianə toplamışdı.
Ləman