29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ukrayna deputatları Vardanyanı biabır etdilər

24 apr 2024 13:00
GÜNDƏM
ads

Ukrayna Ali Radasının deputatları Bakıda həbsdə olan cinayətkar Ruben Vardanyanın namizədliyinin ləğv edilməsi üçün Nobel Komitəsinə açıq müraciət ünvanlayıb.

Publika.az
xəbər verir ki, ukraynalı deputatlar müraciətdə Putinin dostu olan Vardanyanın Nobel mükafatına namizədlər siyahısında yer almağa layiq olmadığını bildiriblər.

Müraciətdə deyilir: “Terrorizm və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən, Rusiya işğalının sponsoru və Ukraynanın düşməni olan şəxsin Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilməzdir və absurd görünür”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Ruben Vardanyanın “qara siyahıya” salınması ilə bağlı qərar qəbul edib. 2023-cü ildə Ukrayna Milli Təhlükəsizlik Xidməti Vardanyanın “Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına dərhal təhvil verilməsi” haqda qərar çıxarıb. 2019-cu ildə Avropa Parlamentinin 22 deputatı Vardanyanı Kremllə əməkdaşlığa görə sanksiyalar siyahısına daxil etmək təşəbbüsü ilə çıxış edib.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur