Keniyada 13 nəfər həbsxanadann qaçıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Avqustun 20-də Keniya polisi bildirib ki, məhkəmə nəzarətində olan 13 nəfər paytaxt Nayrobidə polis bölməsindən qaçıb. Qaçaqlar arasında Eritreyadan olan 12 qeyri-qanuni miqrant və seriyalı qətllərdə şübhəli bilinən bir Keniya vətəndaşı var.
Gecə məhbuslar həbsxana kamerasının tavanındakı polad torları yarıb hasarın üstündən keçə biliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları qaçışdan yalnız səhər tezdən məhbusları səhər yeməyinə gətirən zaman xəbər tutublar.
Bundan əvvəl qaçanlar arasında da olan 33 yaşlı Keniyalı Haluşa son iki ildə həyat yoldaşı da daxil olmaqla 42 qadını qətlə yetirdiyini etiraf etmişdi. Lakin vəkili bildirib ki, pul almaq üçün müvəkkilinə işgəncə verilib.
Hüseyn İbadlı