Bu gün İstanbulda Fələstinə dəstək yürüşü keçirilib.
Publika.az xəbər verir ki, yürüşdə minlərlə şəxsin iştirak edib.
Səhər saatlarında başlayan tədbir Galata körpüsündə başa çatıb. Yürüş zamanı Fələstinə dəstək şüarları səsləndirilib.
Eyni zamanda, yürüş zamanı PKK təşkilatı tərəfindən törədilən terrorlar qınanılıb.
Çox sayda insanın iştirak etdiyi yürüşə Türkiyənin idman naziri Osman Aşkın Bak, səhiyyə naziri Fahrettin Koca, Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Mustafa Şentop, deputatlar Hulusi Akar, Nureddin Nebati, Süleyman Soylu, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, bir çox digər millət vəkilləri və siyasi partiyaların nümayəndələri qatılıb. (Qafqazinfo)